Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi ,rayon ərazisində yerləşən təhsil işçilərinin sosial -iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimləməsi,üzvlərin sosial müdafiəsinin gücləndirilməsi,sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması,həmçinin mədəni maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.Struktur baxımdan Komitə, təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlaRI ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Bundan əlavə,istirahət imkanlarının təşkili,sanatoriya -kurort yollayışlarının verilməsi,həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirlən tədbirlərdə Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə öz üzvlər ilə daim ünsiyyət saxlayaraq,həmrəylik və soial ədalət prinsipləri əsasıinda fəaliyyətini davam etdirir.

İttifaqın struktur genişliyi və üzv sayı
Ağsu rayon Komitəsinə Rayon sektoru, 1 məktəb lisey,35 tam orta məktəb,16 ümumi orta ,7 ibtidai məktəb,2 məktəbdənkənar müəssisə,1körpələr evi və uşaq bağçası,8 uşaq bağçası həmkarlar ittifaqı komitələri olmaqla ümumilikdə 62 təşkilat daxildir.
Ağsu Rayon Komitəsinin fəaliyyət istiqamətləri


