“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 

Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.

Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.

ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.

Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.

Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.

Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.

Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.

Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.

Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.

Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.

Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.

Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.

Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.

Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.

Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.

Yarışlar avqustun 30-dək davam edəcək.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin təşkilatçılığı ilə Ağsu şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi asudə vaxtlarının səmərəli təşkili məqsədilə Azərbaycanın gözəl guşələrindən biri olan Quba rayonuna yola salındı.

Bu cür səfərlər müəllimlərin istirahətinin təşkili, kollektiv üzvləri arasında həmrəyliyin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, eyni zamanda ölkəmizin zəngin təbiəti və tarixi məkanları ilə yaxından tanış olmalarına xidmət edir.

Kollektivimizə xoş yol, maraqlı və yaddaqalan anlar, arzulayırıq.

ETİHİ Ağsu Rayon Komitəsi Yığcam Göstə

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin təşkilatçılığı ilə Ağsu şəhər Polad Mirzəyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi asudə vaxtlarının səmərəli təşkili məqsədilə Gəncə–Göygöl istiqamətində təşkil olunmuş turistik səfərə yola salındı.

Təhsil işçilərinin istirahətinin təşkili, onların mənəvi-psixoloji rahatlığının təmin olunması və kollektiv üzvləri arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi daşıyan bu səfərin iştirakçılara xoş təəssüratlar bəxş edəcəyinə inanırıq.

Kollektivə təhlükəsiz yol, gözəl istirahət və unudulmaz anlar arzulayırıq. Hər bir səfər yeni xatirələr, yeni təəssüratlar və daha böyük motivasiya deməkdir.

Xoş yolunuz olsun! Yığcam Göstər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin təşkilatçılığı ilə Ağsu rayonu M.K.Kərimov adina Növcü kənd tam orta ümumtəhsil məktəbinin kollektivinin asudə vaxtının səmərəli təşkili məqsədilə İsmayıllı–Şəki Yaylasına ekskursiya turu təşkil olunmuşdur.

Tur iştirakçıları bölgənin füsunkar təbiəti ilə yaxından tanış olmuş, maraqlı və yaddaqalan anlar yaşamış, həmçinin kollektiv üzvləri arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə töhfə vermişlər.

Kollektivimizə xoş istirahətlər və yeni uğurlar arzulayırıq!

#ETİHİ #AğsuRK #İsmayıllı #ŞəkiYaylası #Ekskursiya #AsudəVaxt #Həmrəylik Yığcam Göstə

ETİHİ Ağsu Rayon Komitəsinin təşkilatçılığı ilə H.M. Hüseynov adına Qaraqoyunlu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Azərbaycanın ən füsunkar bölgələrindən biri olan Lənkəran- Lerik rayonuna ekskursiya-tur təşkil edilmişdir.

Turun əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və ölkəmizin gözəl guşələrinin yaxından tanıdılması olmuşdur.

Lerikin möhtəşəm dağ mənzərələri, zəngin təbiəti və təmiz havası iştirakçılarda xoş təəssüratlar yaratmış, hər kəsə unudulmaz anlar yaşatmışdır.

Lerik Talış dağları ilə əhatə olunan, təbiəti və gözəlliyi ilə seçilən bölgələrimizdən biridir.

İnanırıq ki, belə tədbirlər kollektiv üzvlərinin motivasiyasının artırılmasına, sağlam istirahətinə və işgüzar münasibətlərin daha da inkişafına öz töhfəsini verəcəkdir

Turun təşkilində əməyi olan hər kəsə təşəkkür edir, kollektivimizə yeni uğurlar arzulayırıq!

#ETİHİ #AğsuRK #QaraqoyunluMəktəbi #LerikTuru #Həmrəylik #AsudəVaxt #Təhsilİşçiləri Yığcam Göstər

MRİO-da uğur qazanan şagirdlərlə görüş keçirilib

News Image

MRİO-da uğur qazanan şagirdlərlə görüş keçirilib

MRİO-da uğur qazanan şagirdlərlə görüş keçirilib

-----

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov Məktəblilərin Respublika İdman Olimpiadasında uğurla çıxış edən Ağsu rayonu uşaq-gənclər idman-şahmat məktəbinin taekvondo üzrə yetirmələri olan Ağsu şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Ülvi Məmmədov və Ağsu rayonu Z.Hüseynov adına Ülgüc kənd tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Yusif Zərbəliyev, eləcə də onların məşqçi-müəllimi Vüqar Kərimov ilə görüşüb.

Keçirilən görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, müdir müavini Rahim Novruzov, Ağsu rayonu üzrə təhsil sektorunun müdiri Ramin Mahmudov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağsu rayon komitəsinin sədri Sevinc Beyudova, Ağsu rayonu uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Elşən Mustafayev iştirak ediblər.

Görüş zamanı şagirdlərin respublika səviyyəli yarışda qazandıqları yüksək nailiyyət xüsusi vurğulanıb, onların əzmkarlığı, məqsədyönlülüyü və zəhmətkeşliyinin digər məktəblilər üçün örnək olduğu bildirilib. Eyni zamanda, bu uğurun əldə olunmasında məşqçi-müəllimin əməyi yüksək qiymətləndirilib və gənclərin gələcək yarışlarda da yeni nailiyyətlər qazanacaqlarına inam ifadə olunub.

Sonda Ülvi Məmmədov, Yusif Zərbəliyev və məşqçi-müəllim Vüqar Kərimov fəxri fərman və hədiyyələrlə təltif olunub, xatirə şəkilləri çəkdirilib.

Ağsu Rayon Komitəsinin təşəbbüsü ilə Vahir Məmmədov adına Çiyni kənd tam orta ümumtəhsil məktəbinin müəllim asudə vaxtının səmərəli təşkili məqsədilə İsmayıllı–Şəki Yaylası istiqamətində ekskursiya-tur təşkil olunmuşdur.

ğsu Rayon Komitəsinin təşəbbüsü ilə Vahir Məmmədov adına Çiyni kənd tam orta ümumtəhsil məktəbinin müəllim və işçi kollektivinin asudə vaxtının səmərəli təşkili məqsədilə İsmayıllı–Şəki Yaylası istiqamətində ekskursiya-tur təşkil olunmuşdur.

Tur iştirakçıları ölkəmizin gözəl təbiət guşələrini ziyarət etmiş, tarixi-mədəni abidələrlə yaxından tanış olmuş, xoş və yaddaqalan anlar yaşamışlar. Belə tədbirlər kollektiv üzvləri arasında həmrəyliyin möhkəmlənməsinə, işgüzar münasibətlərin daha da inkişaf etməsinə və əməkdaşların sosial rifahının yüksəldilməsinə xidmət edir.

Kollektivimizə xoş istirahət, gözəl təəssüratlar və yeni uğurlar arzulayırıq!

Ağsu rayonu Müşfiq Musayev adına İlxıçı kənd tam orta məktəbinin Həmkarlar İttifaqı Təşkilatının sədri Rasim Fərzalıyevin 65 illik yubileyi qeyd olundu.

News Image

Ağsu rayonu Müşfiq Musayev adına İlxıçı kənd tam orta məktəbinin Həmkarlar İttifaqı Təşkilatının sədri Rasim Fərzalıyevin 65 illik yubileyi qeyd olundu.

Bu gün Ağsu rayonu Müşfiq Musayev adına İlxıçı kənd tam orta məktəbinin Həmkarlar İttifaqı Təşkilatının sədri Rasim Fərzalıyevin 65 illik yubileyi qeyd olundu.

Bu əlamətdar gün münasibətilə Ağsu Rayon Təhsil Sektorunun müdiri Ramin müəllim və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin sədri Sevinc xanım tərəfindən Rasim müəllim təbrik edilərək ona uzunmüddətli səmərəli fəaliyyəti, təhsil işçilərinin sosial rifahının qorunmasında göstərdiyi xidmətlərə görə Fəxri Fərman və qiymətli hədiyyə təqdim olundu.

Rasim müəllimə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

İnanırıq ki, onun zəngin təcrübəsi və fədakar əməyi bundan sonra da təhsil ictimaiyyətinə dəyərli töhfələr verəcəkdir.

Ağsu Rayon Qadir Kərimov adına Təklə kənd tam orta ümumumtəhsil məktəbinin kollektivi üçün müəllimlərin asudə vaxtlarının səmərəli təşkili ÜCUN TUR TƏŞKİL EDİLDİ.

News Image

Ağsu Rayon Qadir Kərimov adına Təklə kənd tam orta ümumumtəhsil məktəbinin kollektivi üçün müəllimlərin asudə vaxtlarının səmərəli təşkili ÜCUN TUR TƏŞKİL EDİLDİ.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon komitəsi tərəfindən Qadir Kərimov adına Təklə kənd tam orta ümumumtəhsil məktəbinin kollektivi üçün müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətinin təmin olunması və kollektiv həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə İsmayıllı, Şəki və Qax rayonlarına maraqlı ekskursiya-tur təşkil edilmişdir.

Tur iştirakçıları Azərbaycanın füsunkar təbiəti, tarixi-mədəni abidələri və zəngin turizm məkanları ilə yaxından tanış olmuş, xoş və unudulmaz anlar yaşamışlar. Bu cür tədbirlər kollektiv üzvlərinin motivasiyasının yüksəldilməsinə, qarşılıqlı münasibətlərin daha da güclənməsinə və asudə vaxtın səmərəli keçirilməsinə mühüm töhfə verir.

Turun təşkilində əməyi olan hər kəsə təşəkkür edir, kollektivimizə yeni uğurlar və xoş xatirələrlə dolu günlər arzulayırıq!

#TəkləMəktəbi #İsmayıllı #Qəbələ #Qax #Tur #AsudəVaxt #KollektivBirliyi Yığcam Göstər

Ağsu rayonu Məzahir İsmiyev adına Ərəbuşağı kənd tam orta ümumtəhsil məktəbinin kollektivinin asudə vaxtının səmərəli təşkil edildi.

News Image

Ağsu rayonu Məzahir İsmiyev adına Ərəbuşağı kənd tam orta ümumtəhsil məktəbinin kollektivinin asudə vaxtının səmərəli təşkil edildi.

Ağsu rayonu Məzahir İsmiyev adına Ərəbuşağı kənd tam orta ümumtəhsil məktəbinin kollektivinin asudə vaxtının səmərəli təşkili, vətənpərvərlik hisslərinin gücləndirilməsi və Qarabağın tarixi-mədəni irsi ilə yaxından tanış olması məqsədilə Qarabağa ekskursiya turu təşkil edilmişdir.

Səfər iştirakçılarına işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərini yerində görmək, doğma yurdumuzun füsunkar təbiəti və tarixi abidələri ilə tanış olmaq imkanı yaratmışdır.

Bu mənalı və yaddaqalan səfər kollektiv üzvlərində böyük təəssürat yaratmış, onlarda milli qürur və vətən sevgisi hisslərini daha da möhkəmləndirmişdir.

Qarabağ Azərbaycandır!

#Qarabağ

#AğsuTəhsili #ƏrəbuşağıMəktəbi #VətənSevgisi #AsudəVaxtınSəmərəliTəşkili #QarabağaSəfər